Medvedçuka qiyabi həbs cəzası verildi
Lvovun Lıçakovski rayon məhkəməsi “Müxalifət Platforması - Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuku qiyabi həbs edib.
Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun feysbuk səhifəsində məlumat yayılıb. Ötən ilin may ayından Medvedçuk dövlətə xəyanət ittihamı ilə ev dustaqlığındadır. 2022-ci il fevralın 27-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko siyasətçinin qaçdığını elan edib.
Medvedçukun vəkili Larisa Çeredniçenkonun sözlərinə görə, Medvedçuk hədələnib və “həyatı üçün real təhlükə, eləcə də onun müdafiəsini təmin etmək zərurəti” səbəbindən siyasətçi Kiyevdə təhlükəsiz yerə təxliyə olunub və orada məhkəmənin onunla bağlı qərar verdiyi prosessual vəzifələri yerinə yetirməkdə davam edir.
Qeyd edək ki, Ukraynada Medvedçuka qarşı dövlətə xəyanət və müharibə qanunlarını pozma maddələri ilə cinayət işi açılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2022, 00:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər