reklam
Regionxeberlericom.az » Hadisə » Ağdama qanunsuz getmək istəyən şəxslər həbs edildi

reklam

Ağdama qanunsuz getmək istəyən şəxslər həbs edildi


Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Əhmədağalı kənd sakinləri Ayaz Abbasov və Yalçın Əhmədov həmin kənd ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd edərkən saxlanılıblar. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb, buna baxmayaraq onlar mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər. 

A.Abbasov və Y.Əhmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.




Paylaş:


Müəllif : Tarix:
28-03-2022, 16:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər