reklam
Regionxeberlericom.az » Hadisə » Bıçaqladığı şəxs bir gün sonra öldü, tutuldu

reklam

Bıçaqladığı şəxs bir gün sonra öldü, tutuldu
















Gəncədə 6 gün öncə 31 yaşlı kişini bıçaqlayaraq ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Porkurorluqdan  verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyev martın 24-də almış olduğu xəsarətdən ölüb.

Müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirib və aldığı xəsarətdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Emil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
29-03-2022, 16:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər