reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanın Əməkdar rəssamı tutuldu

reklam

Azərbaycanın Əməkdar rəssamı tutuldu


Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.

Bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, Azərbaycandakı ən böyük abidəsi olacaq şair İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu AR CM-nin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq bu gün barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.




Paylaş:


Müəllif : Tarix:
30-03-2022, 17:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər