reklam
Regionxeberlericom.az » Hadisə » Pensiyaçılara qarşı dələduzluq edən tutuldu

reklam

Pensiyaçılara qarşı dələduzluq edən tutuldu


Şirvan şəhər Polis Şöbəsinə müraciət edən bir nəfər şəhər sakini təqaüdünü almaq üçün bankomata yaxınlaşdığını, tanımadığı şəxsdən kömək istədiyini, lakin sonuncunun kartda pul olmadığını deyərək kartı qaytardığını, təqaüdlə bağlı banka müraciət edən zaman isə ona kart hesabında olan məbləğin çıxarıldığı barədə məlumat verildiyini bildirib. 

Daxili İşlər Nazirliy mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bir müddət sonra eyni məzmunlu şikayətlə əlavə bir neçə şəhər sakini də polis şöbəsinə müraciət edərək, onlara qarşı dələduzluq edildiyi barədə məlumat veriblər.

Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Namiq Bədəlov saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, N.Bədəlov təqaüdlərin verildiyi tarixlərdə guya yaşlı insanlara kömək məqsədilə bankomatların qarşısında dayanıb, kömək istəyən şəxslərin kartlarında olan pulları çıxarıb, vətəndaşlara isə kart hesablarında pul olmadığını deyərək kartlarını geri qaytarırmış. Bundan əlavə, bir neçə zərərçəkənin kartını qaytaran zaman onlara başqa kart verib, hesabda olan pulları isə özünə məxsus kartlara köçürüb.

Faktlarla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır. Əgər N.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidmətinə, həmçinin Şirvan şəhər Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 14:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər