reklam
Regionxeberlericom.az » Hadisə » Özbəkistan vətəndaşı olan arvadını öldürənə HÖKM OXUNDU

reklam

Özbəkistan vətəndaşı olan arvadını öldürənə HÖKM OXUNDU


Bakı Ağır Cinayətlər Məhkəməsində əcnəbi qadını qətlə yetirməkdə təqsirləndirilən Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə zərərçəkmiş şəxsin vəkili təqsirləndirilən şəxs Elçin Ələkbərovun cinayəti bilərəkdən və qəsdən törətdiyini bildirib, ona ən ağır cəzanın verilməsini istəyib.

Təqsirləndirilən şəxs Elçin Ələkbərov isə vəkilə etiraz edib. 

O bildirib ki, hadisəni törətməsindən peşmandır və bu hadisəni törətməyə məcbur olub. 

Təqsirləndirilən şəxsin vəkili isə cinayət işinin yenilənməsini istəyib və bu barədə məhkəməyə vəsatət təqdim edib. 

Məhkəmə müşavirəyə yollanıb. 

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, Elçin Ələkbərov 18 il müddətində azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ittihama görə, ötən il iyulun 30-u saat 19 radələrində Özbəkistan vətəndaşı, 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.




Paylaş:


Müəllif : Tarix:
31-03-2022, 18:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər