reklam
Regionxeberlericom.az » Hadisə » “Azəriqaz”ın sabiq əməkdaşı məhkəmə zalında HƏBS EDİLİB

reklam

“Azəriqaz”ın sabiq əməkdaşı məhkəmə zalında HƏBS EDİLİB


“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin sabiq operatoru Kərimov Mətləb Niyazi oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. regionxeberlericom.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mətləb Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluq “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlu və Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə məlumat yayıb. Adları çəkilən şəxslər barəsində daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Mələsə ilə bağlı "Azəriqaz" açıqlama yayaraq bildirib ki, Mətləb Niyazi oğlu Kərimov 2019-cu ilin aprel ayından etibarən özəl klinikalardan birindən ayrı-ayrı vaxtlarda aldığı arayışlarla müalicə olunduğunu əsas gətirərək əmək fəaliyyəti ilə məşğul olmayıb. "Mətləb Kərimov müalicə almasına baxmayaraq BRQİD-nin xidməti ərazisində dəfələrlə daşıyıcı küçə qaz xətlərinin qeyri-qanuni yerini dəyişdirib və Departamentin normal iş fəaliyyətinin təşkil olunmasına maneçilik törədib, eyni zamanda onun bu hərəkəti istehlakçıların təbii qaz təchizatında fasilələrin yaranmasına səbəb olub. Bu səbəbdən M.Kərimovun sağlamlığı ilə əlaqədar müalicədə olmasına əsaslı şübhələr yaranıb. Ona görə də 30.04.2020-ci il tarixdən sonrakı dövr üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə M.Kərimov tərəfindən heç bir təsdiqedici sənəd təqdim edilmədiyini əsas gətirərək bu barədə həmin klinikaya rəsmi məktub göndərilib.

Əlavə edək ki, Mətləb Niyazi oğlu Kərimovun Xəzər rayonu ərazisindəki qanunsuz əməlləri barədə 21.04.2020-ci il tarixində Daxili İşlər Nazirliyi, Xəzər rayonu Polis İdarəsinə BRQİD-nin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəisi adından rəsmi müraciət də ünvanlanıb".




Paylaş:


Müəllif : Tarix:
1-04-2022, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər