reklam
Regionxeberlericom.az » Hadisə » Gəncədə 21 yaşlı oğlan sevgilisini öldürdü, meyitini zibilliyə atdı - TƏFƏRRÜAT

reklam

Gəncədə 21 yaşlı oğlan sevgilisini öldürdü, meyitini zibilliyə atdı - TƏFƏRRÜAT


Gəncə şəhərində 2001-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində Güneli (adlar şərti verilib – red.) qətlə yetirib. regionxeberlericom.az demokrat.az-a istinadla xəbər verir ki, Əli 19 fevral 2021-ci ildə, saat 13 radələrində atası Vəliyə məxsus olan “Volkswagen Passat” markalı avtomobil ilə Gəncə şəhəri, Nizami rayonu Yeni Gəncə qəsəbəsində yerləşən “Ramizin çay evi” adlanan ictimai iaşə obyektinin yaxınlığındakı parka gəlib.

O, 2019-cu ilin mayından 2020-ci ilin dekabrınadək aralarında sevgi münasibətləri olan Günel ilə orada aralarındakı münasibətlərə aydınlıq gətirmək üçün görüşüb.

Onlar skamyalardan birində əyləşərək söhbət etdikdən sonra həmin gün saat 14 radələrində Güneli yaşadığı evə aparmaq üçün avtomobilin sükanı arxasına əyləşib.

Həmin vaxt avtomobilin sağ arxa oturacağında əyləşən Günel ilə aralarında mübahisə yaranıb. Günel səsini ucaldaraq ona “Onsuz da, sənin başına çox oyunlar açmışam, sənin xəbərin yoxdur, yenə oyunlar açacam, səni zəlil edəcəm” deyib, ünvanına əsassız ittihamlar irəli sürüb, onun yalançı olduğunu bildirib.

Bundan qəzəblənən Əli qisas almaq niyyəti ilə artıq uzun müddət aralarında mövcud olan münaqişələrə son qoymaq üçün avtomobilin sükanı arxasından arxa oturacağa keçib.

O, Güneli boğaraq öldürmək məqsədilə sonuncunun başını dizləri üzərinə uzatmaqla müqavimətini qırdıqdan sonra əlləri ilə boyun nahiyəsindən tutaraq sıxıb. Həmin vaxt Günel orada ölüb.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu deyib.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüququ varisi qismində bacısı Nüşabə ifadə verib. O bildirib ki, mərhum Günel onun doğma bacısıdır: “Günel Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olub. Fevralın 17-də anam Yeganə mənə zəng etdi. Bildirdi ki, Günelə zəng çatmadığını və sonuncunun evə gəlməməsindən narahatlıq hissi keçirir. Evə gəldikdə anam Günelin saat 13.00-da oxuduğu universitetə getmək adı ilə evdən çıxdığını və hələ də qayıtmadığını bildirdi. Həmin vaxt hava qarlı olduğundan əvvəlcə Günelin yolda yıxıldığını zənn etdik. Bu səbəbdən ətraf küçələri, universitetə aparan yolları taksi avtomobili ilə gəzdik. Lakin Güneli heç yerdə tapa bilmədik”.

Nüşabənin sözlərinə görə, həmin vaxt universitetdə əyani dərslər keçilmədiyindən və bu halda bacısının universitetdə ona dərs deyən Vəli müəllimin yanına gedib-gəldiyini nəzərə alıb, sonuncuya zəng edib: “Danışıq əsnasında müəllimdən bacımın universitetə gəlib-gəlmədiyini soruşdum. Lakin müsbət cavab almadım. Sonra Günelin rəfiqəsi Sevdaya zəng etdim. Ancaq Sevdaya zəng çatmadığı üçün dekanlıqda çalışan Məlik adlı şəxs ilə əlaqə saxladım, Sevdanın yaşadığı ünvanı öyrəndim. Bundan sonra Sevdanın yaşadığı Türklər qəsəbəsinə üz tutdum. 1-2 saat Sevdanın yaşadığı evi tapmağa cəhd etsəm də, evi tapa bilmədim. Bu zaman Günelin gec qayıtmasının onun keçmiş sevgilisi Əli ilə əlaqəli ola biləcəyini düşündüm. Bu səbəbdən Əliyə zəng etdim. Əli mənə Güneli artıq 1 ildir görmədiyini və heç bir əlaqəsinin olmadığını dedi”.

Nüşabənin ifadəsinə görə, ancaq Əlinin sözlərinə inanmayıb və yaşadıqları evə gedib: “Həmin ərəfələrdə həyacanlı olduğumdan saatı dəqiq xatırlamamışam. Əlinin ailə üzvləri ilə birlikdə yaşadığı əraziyə gəldim, binaların yaxınlığında yerləşən marketin qarşısında görüşdüm. Əlidən məni yaşadığı evə aparmasını istədim. Əlinin ailəsinin yaşadığı evə çatdıq. Sonra Əlinin özünün və anasının şifahi razılığı əsasında evə daxil oldum, otaqları axtardım. Lakin bacımı tapa bilmədim. Buna görə də Gəncə şəhər Nizami rayon Polis İdarəsinə üz tutdum. İdarəyə gedərkən Vəli müəllim mənimlə telefon əlaqəsi saxlayaraq Günelin evə qayıdıb-qayıtmadığını soruşdu. Mən də bacımı tapılacağını güman etdim, onun adına xələl gəlməməsi üçün artıq evdə olduğunu söylədim. Polis idarəsinə müraciət etdikdən sonra ertəsi gün Vəli müəllimə zəng edərək Günelin tapılmadığını dedi və harada ola biləcəyini soruşdum. Ancaq müəllimin nə cavab verdiyini xatırlamadım. Günelin itkin düşdükdən sonra bacımın sonuncu dəfə kimlərlə əlaqə saxladığını öyrənmək məqsədilə öz adıma olan, lakin Günelin işlətdiyi mobil nömrənin dublikatını çıxardım. Bütün sosial şəbəkələrdə olan hesablarının şifrələrini sıfırlayaraq onlara daxil oldum. Günelin “İnstaqram” sosial şəbəkəsində rəfiqələri ilə yazışmalarına baxış keçirəndə Əli ilə birlikdə çəkdirdiyi fotosunun skrinşotunu aşkar etdim”.

Nüşabə deyib ki, Günel həmin skrinşotu rəfiqəsinə göndərib və Əlinin birlikdə çəkdirdikləri fotoşəkilləri “Yandex Disk” proqramına yüklədiyini yazıb: “Sonra dərhal bu barədə polis əməkdaşlarına xəbər verdim. Polis əməkdaşları tərəfindən Əlinin mobil telefonuna baxış zamanı həqiqətən də “Yandex Disk” hesabının mövcud olduğu təsdiqini tapdı. Buna görə də Əlinin hesabının şifrəsini sıfırlayaraq elektron saxlanc yerinə daxil oldu və orada saxlanılan bütün faylların tamamilə silinməsi məlum oldu. Kompüter və informasiya texnologiyalarından anlayışı olduğu üçün müvafiq qaydada hesabın “LOG” tarixçəsinə nəzər saldıqda həmin faylların 19 fevral 2021-ci il tarixdə saat 18.12-də silindiyi müəyyən edildi. Həmin tarixçədən 1 ədəd “Mələyimə.txt” adlı fayl da aşkarlandı, amma həmin fayl da qeyd olunan tarixdə silindi. Hüquq mühafizə orqanlarının aktiv fəaliyyəti nəticəsində Günelin meyiti Gəncə şəhərinin ərazisində yerləşən məişət tullantılarının atıldığı yerdən tapıldı və bacımın ölümündə təqsirləndirilən Əli həbs edildi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Əli 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 11:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər