Bakı sakinini girov götürüb 2000 manat istədilər
Bakıda kişi girov götürülüb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə aprelin 4-də Sabunçu qəsəbəsi ərazisində baş verib. Bu barədə zərərçəkmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşazadə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciətində bildirib. Onun sözlərinə görə, qeyd olunan gün bir nəfər onu Sabunçu qəsəbəsi ərazisində yerləşən evə apararaq 2 gün orada saxlayıb narkotik vasitələr satmasını təklif edib. Razı olmadığı üçün isə mobil telefonunu alıb digər şəxslə birlikdə döyüb videoçəkiliş aparıblar və buraxılması müqabilində 2000 manat pul tələb ediblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Etibar Rzayev və Valeriy Şuşkov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-04-2022, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər