Azərbaycanda 82 yaşlı kişi arvadını ÇƏKİCLƏ bu günə saldı
Beyləqanda yaşlıqadın döyülərək xəsarət alıb.
Beyləqan rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 7-i saat 12 radələrində rayon sakini, 81 yaşlı Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 82 yaşlı Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Nuru Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-04-2022, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər