reklam
Regionxeberlericom.az » Hadisə » FHN əməkdaşları toyda dava saldılar - Oynamaq üstündə...

reklam

FHN əməkdaşları toyda dava saldılar - Oynamaq üstündə...


FHN əməkdaşları Tərtərdə iştirak etdikləri toy məclisində dava salıblar.
Kütləvi dava zamanı xəsarət alanlar olub.
Bu haqda Azerinfo.tv-yə məlumat verən mənbəmiz bildirib ki, hadisə bazar günü, 7 iyul tarixində baş verib.
Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin bir qrup əməkdaşı Tərtərdə toy məclisində iştirak edib. Toyun qızğın vaxtı FHN əməkdaşları ilə məclisdə iştirak edən digər qonaqlar arasında mahnı sifarişi üstündə mübahisə başlayıb.
Mübahisə kütləvi dava ilə nəticələnib.
Hadisə yerinə polis gəlib.
Xəbər verilir ki, 3 FHN əməkdaşı baradə araşdırma gedir. Qarşı tərəfdən bir nəfər həbs edilib.
Məsələ ilə bağlı Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinə zəng etdik. Oradan bildirdilər ki, məsələ ilə bağlı araşdırma gedir. Nəticəsi haqda məlumat veriləcək.



Paylaş:


Müəllif : Tarix:
9-07-2019, 09:55
Sikayət   


loading...
Загрузка...