Ayaq barmaqları olmasa da, 12 il sonra əlilliyi kəsildi - Foto
“24 yaşlı Cahangir Həmidov 3-cü qrup əlildir. 12 yaşı olanda ayağı qatarın altında qalıb. O vaxtdan 120 manat pensiya alsa da, bu il qəfildən pensiyası kəsilib. Hansı səbəbdən kəsilib, bizə heç bir əsaslı səbəb deyilmir”.
Bu barədə C.Həmidovun dayısı Elşən Həmidov müraciət edib. Onun sözlərinə görə, Cahangir Həmidov bu illər ərzində bütün müayinələrdən keçib və sənədləri qaydasındadır: “Ayağının barmaqları pəncə hissədən kəsilib. İş qabiliyyətini itirib, uşaq heç yerdə işləyə bilmir. Yarım saatdan artıq ayaqüstə dura bilmir. Amma sonuncu komissiyadan müraciətimizə imtina verilib, deyiblər ki, ona əlillik düşmür. Əgər Cahangir sağlamdırsa, onda onu hərbi xidmətə aparsınlar. Mən sual edirəm: Sağlam adamın hərbi biletində niyə “yararsız” yazırlar?”
Problemlə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Qurbanov saytımıza bildirdi ki, Bakı şəhər sakini Həmidov Cahangir Təvəkkül oğluna dair 26 saylı şəhər poliklinikası tərəfindən elektron sistemə daxil edilən göndərişdə əlilliyə əsas verən ağırlaşmalar, yəni, aşıq-baldır oynağında hərəkətin kəskin kontrakturası və ankilozu qeyd olunmayıb: “Ayaq pəncəsi aşıq-baldır oynağından qüsurlu fiksasiya olunmayıb, ayaq barmaqlarının amputasiyası isə əlilliyə əsas vermir. Ayaq pəncəsi üzərində görünən çapıqlaşmış fibroz toxuma da pəncənin distal (uc) hissəsində müşahidə olunur ki, bu da əlilliyə əsas vermir. Digər tərəfdən, C.Həmidovun EMQ müayinəsinin nəticəsi travmanın lokalizasiyası ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb”.
Agentlikdən həmçinin bildirilib ki, bununla belə, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinə ediləcək: “Əyani müayinənin nəticəsinə əsasən şəxsin əlilliyi ilə bağlı müvafiq qərar veriləcək. Qeyd edək ki, əlillik təyinatı qanunvericiliklə tənzimlənir, əlillik dərəcəsi “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq təyin edilir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-04-2022, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər