reklam
Regionxeberlericom.az » Hadisə » 7 il əvvəl itən qadının meyiti TAPILDI: əmisi oğlu öldürübmüş - FOTO

reklam

7 il əvvəl itən qadının meyiti TAPILDI: əmisi oğlu öldürübmüş - FOTO


Masallıda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olmuş məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.




Paylaş:


Müəllif : Tarix:
13-04-2022, 10:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər