Güclü külək korrupsiyanın üstünü açdı - “Tikintini aparanlar həbs olunmalıdır”
Azərbaycanda güclü külək olan kimi evlərin damı uçur, fasadına ziyan dəyir, hətta insanların həyatı üçün çox ciddi təhlükə yaranır.
Maraqlıdır, tikinti zamanı keyfiyyətsiz materiallardanmı istifadə edirlər, yoxsa tikinti qaydalarına əməl olunmur? Ümumiyyətlə, tikinti aparılarkən külək amili nəzərə alınırmı? Burada məsuliyyəti kim daşıyır? Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a bildirib ki, tikinti baş verən yeyintilər zamanı materialların azalması, yoxa çıxması belə fəsadlara səbəb olur:
“Fəsadlar daha çox ictimai dövlət əhəmiyyətli obyektlərdə və hündürmərtəbəli binalarda baş verir. Hansı ki, tikintisi ya dövlət satınalmaları, ya da ayrı-ayrı özəl şirkətlər tərəfindən həyata keçirilib. Burada səbəb tikinti materiallarının keyfiyyəti ilə yox, tikintinin keyfiyyətilə bağlıdır. Yəni, tikintidə istifadə olunmalı materialların müəyyən olunmuş normativlərdən aşağı olması bu cür problemləri ortaya çıxarır. Nəzərə alaq ki, Bakıdakı binalarda istifadə olunan materialların əksəriyyəti xüsusiyyət baxımından ağır materiallardır.
Məsələn, ağlay daşların divarda qalması üçün daha keyfiyyətli normativlərdən istifadə olunmalıdır. Amma təəssüf ki, belə deyil. Dövlət satınalmaları həyata keçirilən zaman baş verən yeyintilər, müəyyən materialların sonradan yoxa çıxmasına, azalmasına gətirib çıxarır.
Bu da ciddi tikinti fəsadlarına yol açır. Yaxud hər-hansı özəl şirkət podratçı ilə müqavilə bağlayır və podratçı müqavilə dəyərini artırmaq əvəzinə rəqəmi azaldır, nəticə etibarı ilə gələcəkdə bu, tikintinin keyfiyyətində özünü göstərir”.
Ağ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, tikinti zamanı yeyinti ilə məşğul olanlar məsuliyyətə cəlb olunmalıdır:
“Bakıda, bəzi rayonlarda dövlət müəssisələri, məktəblər tikilən zaman normativlər nəzərə alınmır. Hamı bilir ki, Bakı tektonik zonada yerləşir və 9 bal gücündə zəlzələ mümkündür. Deməli, burada binalar ən azı 9 bala davamlı şəkildə tikilməlidir. Eyni zamanda, Bakı küləkli şəhərdir, burada küləyin sürəti nəzərə alınaraq, dam örtüklərini və onların fasadlarını tikmək lazımdır.
Görünən odur ki, normativlərə əməl olunmadığı üçün belə fəsadlar mümkün olur. Hansısa maraqlar qarşısında buna göz yumurlar. Ötən həftə külək zamanı Xırdalanda məktəbin damının uçmasının şahidi olduq. Xoşbəxtlikdən şagirdlər dərsdə olduqları üçün heç bir insan fəlakəti olmayıb. Lakin bu şagirdlərin çöldə olduğu vaxtda da baş verə bilərdi. Biabırçılıq odur ki, o məktəb yenicə təmir olunmuşdu. Təmirdə dam örtüyünün standartlarına nəzarət olunmadığı üçün belə hadisələrin olması qaçılmazdır”.
T. Abbaslı bu məsələdə aidiyyəti qurumların məsuliyyətindən də danışıb:
“Düşünürəm ki, tikintiyə nəzarət ilə bağlı FHN-də bəlli şöbələr var və onlar heç bir tikintini başsız burxmamalıdır. Araşdırmaq lazımdır ki, niyə belə hadisələr baş verir. Necə ki, gecə klubunda partlayışdan sonra FHN-nin əməkdaşı həbs olundu, eləcə də tikintiyə nəzarətdə korrupsiya, rüşvət, yeyinti ilə məşğul olanlar da məsuliyyətə cəlb olunmalıdır. Bu gün binanın, məktəbin dam örtükləri, sabah keyfiyyətsiz tikilmiş daş örtüklər insanların üzərinə düşəcək. Ötən həftə bizim ofisin binasında küləkdən binadan daşlar qoparaq maşınlara ciddi ziyan vurdu. Həmin an orada insanlar ola bilərdi. Bunların hamısı Bakı kimi şəhərdə nəzərə alınmalıdır. Bunlara nəzarət edən orqanlar var. Sadəcə bəlli maraqlar qarşılığında bunlar nəzərə alınır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-04-2022, 18:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər