Atasını yandıraraq meyitini basdıran şəxsin istintaqı başa çatdı
Gəncə atasını qətlə yetirməkdə təqsirləndirilən Məhəmməd Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
regionxeberlericom.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 25-ə təyin edilib.
Qeyd edək ki, ötən il dekabrın 10-da Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədovun Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinə daxil olan müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.
Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.
Məhəmməd Məmmədov tutularaq istintaqa təhvil verilib
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2022, 09:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər