reklam
Regionxeberlericom.az » Hadisə » Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru öldü

reklam

Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru öldü
















Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, ordu generalı Vyaçeslav Trubnikov 78 yaşında vəfat edib.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. 

“Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti təəssüflə bildirir ki, 2022-ci il aprelin 18-də Rusiya Qəhrəmanı, istefada olan ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin veteranı Vyaçeslav İvanoviç Trubnikov vəfat edib”, - məlumatda qeyd edilir. 

Trubnikov 1944-cü ildə İrkutskda anadan olub. 1967-ci ildə MDBMİ-ni bitirib, sonra DTK-nın xarici kəşfiyyatla məşğul olan Birinci Baş İdarəsinə daxil olub və DTK-nın Ali Məktəbini bitirib.

Dəfələrlə Hindistana ezamiyyətə göndərilib. 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsində çalışıb. Bundan sonra Trubnikov xarici işlər nazirinin birinci müavini, 2004-cü ildən isə Rusiyanın Hindistandakı səfiri olub. O, 2009-cu ilə qədər bu vəzifədə çalışıb, sonra Rusiya Elmlər Akademiyasının Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunda baş elmi işçi olub.


 




Paylaş:


Müəllif : Tarix:
18-04-2022, 20:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər