Polis “Kubinka” və “Papanin”də əməliyyat keçirdi - Video
Bakıda narkokuryerlərə və qanunsuz silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməliyyatlar zamanı 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik və “Naqan” markalı tapança və patronlar aşkar olunub.
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram”da tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Barələrində həbs qətimkan tədbiri seçilib. Narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2022, 16:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər