reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda kanalda üzünü yuyan fəhlə boğuldu

reklam

Azərbaycanda kanalda üzünü yuyan fəhlə boğuldu


Bərdədə gənc oğlan kanalda batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində baş verib. 24 yaşlı Orucov Elməddin Yusif oğlu həmin kanalda batıb.

Onun xilas edilməsi üçün FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Alpout kənd bələdiyyəsindən verilən məlumata görə, E. Orucov Bərdə şəhər sakinidir. Alpout kəndində yem mağazasında fəhlə işləyirmiş. İddialara görə, o, kanala əl-üzünü yumağa gəlib. Ancaq qəflətən sürüşərək kanala düşüb.

Hazırda onun meyitinin axtarışları davam etdirilir.





Paylaş:


Müəllif : Tarix:
27-04-2022, 17:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər