reklam
Regionxeberlericom.az » Hadisə » Maliyyə piramidası yaradaraq 34 nəfərə 50 min “atdılar”

reklam

Maliyyə piramidası yaradaraq 34 nəfərə 50 min “atdılar”
















Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən “Crowd-1” şirkətinin üzvlərinin məhkəməsi başlayıb.

Beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmənin hazırlıq iclası keçirilib və ilkin baxış iclası mayın 11-ə təyin edilib.

Əldə etdiyimiz məlumata görə, onlar 34 vətəndaşı aldadaraq ümumilikdə 50 min manatdan çox pulu mənimsəyiblər.

Qeyd edək ki, dəstə üzvləri onlara müraciət edən şəxsləri guya beynəlxalq şirkətə investisiya qoyduqlarını və bu işdən yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən vəd olunub ki, üç fərqli paketlərdən birini əldə etdikdə oyun, təhsil, turizm və sair sahələrlə əlaqəli platformalarda endirimlər, eləcə də “Crowd-1”-ə cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər.

Müəyyən edilib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil.




Paylaş:


Müəllif : Tarix:
4-05-2022, 21:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər