Qobuda 29 yaşlı gəncə 17 bıçaq vuran “peyğəmbər”i kimlər himayə edir? - İlginc cinayət dosyesi
“Oğlumu öldürüb, evimi yandırıblar. Hüquq-mühafizə orqanları cinayətdə iştirak edən Emin Ramazanovu tutub istintaqa cəlb etmək istəmirlər”. Bunu “Yeni Müsavat”a müraciət edən Təranə İsrafil qızı deyir. Onun sözlərinə görə 9 iyul 2021-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsindəki mənzilində oğlu - 29 yaşlı Ülfət Cümşüd oğlu Höccətov vəhşicəsinə öldürülüb. Cinayətin izinin itirilməsi üçün oğlunun cəsədi yaşadıqları evə aparılıb və üzərinə tezalışan maye tökülərək yandırılıb. Oğlunun cəsədi də, ev də yanıb. Sonradan meyiti müayinə edən məhkəmə tibb eksperti Ülfət Höccətovun bədəni üzərində 17 bıçaq yarası müəyyən edib.
Təranə Şahverdiyeva hesab edir ki, oğlunun qətli sifarişlidir: “Hadisə baş verəndə bizim ailəmizdən Ülfətdən başqa evdə kimsə olmayıb. Biz ailəlikcə Astarada toyda idik. Ülfətin evdə tək olmasını da qatillər biliblər. Bunu onlara qətli sifariş edən məlumat verib”.
Təranə Şahverdiyeva bildirir ki, oğlunun ölümündə keçmiş gəlininin rolu var: “Ülfət keçmiş gəlinimlə Emin Ramazanovun əlaqələrindən xəbərdar olub. Keçmiş gəlinim bunu biləndən sonra bu hadisə baş verib. Emin Ramazanovla keçmiş gəlinimin əlaqəsi haqda internetdə video da var. Biz bunu sonradan polisdən bilmişik. Həmin video ”Azərbaycanda bibisini öldürən “peyğəmbər” qeybə çəkildi" adlanır. O videoda (https://www.youtube.com/watch?v=LIv8F5LHS_M) Emin Ramazanov ağ uzun paltarda, keçmiş gəlinim isə qara çadradadır. Gəlinim heç vaxt çadra geyinməyib. O, tanınmamaq üçün çadraya bürünüb. Videodan belə başa düşülür ki, Emin Ramazanov bibisindən 3 min manat alıb və guya müalicə edəcəyini vəd edib. Bibisinin boğazını sıxıb və qadın huşunu itirərək yerə yıxılıb.
Biz Emin Ramazanovla gəlinimin münasibətinin olmasından xəbərsiz olmuşuq. Nə baş veribsə, mənim oğlumu bu gün həbsdə olan Cahangir Ramazanovla oğlu Emin Ramazanov bir yerdə öldürüblər. Cinayət baş verəndən sonra Cahangir Ramazanov həbs edilsə də, oğlu Emin Ramazanovu tutub istintaqa təhvil vermək istəmirlər. Mən baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova dəfələrlə müraciət etmişəm. Müraciətlərim onlara çatmır. Mən mətbuat üzərindən hər iki səlahiyyət sahibinə müraciət edirəm. Xahiş edirəm ki, oğlumu öldürüb izi itirmək məqsədilə mənzilimin yandırılması ilə bağlı törədilən cinayət işinin istintaqının aparılmasının Abşeron Rayon Prokurorluğundan alınıb Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə həvalə edilməsinə göstəriş verilsin. Emin Ramazanovun barəsindəki axtarış işi Abşeron Rayon Polis Şöbəsinin Qobu polis bölməsindən alınıb Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinə verilsin".
Gözüyaşlı ana deyir ki, oğlunun qətlindən ötən aylar ərzində dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayətlər yazıb, Emin Ramazanovun həbs edilməsini tələb edib: “Hər ayda bir dəfə sizlərə müraciət etmişəm. Qanunla 1 ay müddətində mənə əsaslandırılmış cavab verilməli idi. Lakin indiyədək mənə heç bir əsaslandırılmış cavab gəlməyib. Yazdığım ərizələr işin istintaqını aparan Abşeron Rayon Prokurorluğuna göndərilir. İşi aparan Tural adlı müstəntiq də həmin ərizələri cinayət işinə tikməklə kifayətlənir. Dəhşətlisi də odur ki, sizlər həmin ərizələri Abşeron Rayon Prokurorluğa göndərəndə də, işi aparan müstəntiq məni çağırıb yazdıqlarım barəsində sorğu-sual etmir ki, nə üçün şikayət edirsiniz. Bu dəfə də tədbir görülməsə, gələn dəfə ərizənin bir surətini Türkiyə Respublikasının Prezidentinə ünvanlayıb Türkiyə səfirliyinə təqdim etməyə məcbur olaram. İş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə də təsdiq olunur ki, oğlumu öldürən və sonra da cinayəti ört-basdır etmək məqsədilə evimi yandıran Cahangir və oğlu Emin Ramazanovlardır. Bunu təsdiq edən kameralardan çıxarışlar da var. Lakin ata Cahangir Ramazanov tutulsa da, oğlu Emin tutulmur. Atası ilə bir yerdə cinayəti törədən Emin Ramazanovu heç axtarıb tutmaq istəyən də yoxdur. Baş prokuror Kamran Əliyevdən xahiş edirəm ki, oğluma qarşı törədilən cinayətin təşkilatçısı Emin Ramazanovun həbsini təmin etmək məqsədilə işin istintaqı Abşeron Rayon Prokurorluğundan alınıb Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilməsini təmin etsin. Daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirəm ki, cinayətin təşkilatçısı olan Emin Ramazanovun axtarışı Cinayət Axtarış Baş İdarəsinə həvalə etsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2022, 09:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər