reklam
Regionxeberlericom.az » Hadisə » Tanınmış iş adamına külli miqdarda dələduzluq edildi

reklam

Tanınmış iş adamına külli miqdarda dələduzluq edildi

















Bakıda məşhur “Clear” hotelin sahibi kimi tanınan iş adamı Fəxrəddin Feyziyevə qarşı külli miqdarda dələduzluq olub.

RegionXəbərləri.com Kriminalqafqaz-a istinadən xəbər verir ki, tanışı Elşən İsmayılov Dubayda iş qurmaq adı ilə biznesmenin 2,3 milyon manatını mənimsəyib.

O, Feyziyevə vəd verib ki, Dubayda biznes qurub yaxşı gəlir əldə edəcəklər. Lakin iş adamından müxtəlif vaxtlarda aldığı 2,3 milyonu qaytarmayıb. Bundan başqa Elşən İsmayılov eyni vədlə digər tanışı Ramiz Hüseynovun da 1,5 milyon manatını ələ keçirib.

F.Feyziyev və R.Hüseynovun şikayəti əsasında araşdırma aparılıb və E.İsmayılova qarşı cinayət işi başlanılıb. Artıq iş üzrə istintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yerli KİV-də yayılan məlumatlara əsasən, Fəxrəddin Feyziyev və qardaşı Fikrət Feyziyev Bakıda “Clear” və “İron” otellərin sahibi kimi tanınır. Qeyd olunur ki, onlar həm də metal biznesi ilə məşğuldur. Qardaşlar hələ 90-cı illərdə İrana qırmızı civə satışını təşkil etməyə başlayaraq varlanıblar. 2000-ci llərdə MTN tərəfindən tutulsalar da, qısa müddət sonra azadlığa buraxılıblar. 

Qeyd edək ki, 2 il öncə Fikrət Feyziyevin övladları Elvin və İslam Feyziyevlər lüks həyatları və bahalı maşınları ilə gündəmə gəlmişdi.





Paylaş:


Müəllif : Tarix:
12-05-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər