Bilgəhdə sudan qanunsuz istifadə edən obyekt aşkarlandı - Fotolar
Bilgəh qəsəbəsi Albalılıq massivində yerləşən istixanada içməli sudan qanunsuz istifadə halı müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verərək sudan istifadə edir. Əvvəllər sudan qeyri-qanuni istifadəyə görə akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi təkrar qoşulma etməklə qanunazidd əməllərinin davam etdirib.
Bilgəh qəsəbəsi Albalılıq massivində yaşayan bəzi sakinlər texniki şərt olmadan, tikinti norma və qaydalarına uygun olmayaraq su xətləri çəkiblər. Onlar təzyiq yaratmaq məqsədilə xəttin üzərində bölüşdürücü çənlər quraşdırıblar və suyu evlərə həmin çənlər vasitəsilə paylayıblar. Ərazidəki fərdi yaşayış evlərinin əksəriyyəti sayğac quraşdırmadan sudan uçotsuz istifadə ediblər. Bununla yanaşı, “Azərsu” əməkdaşlarına qapı açmayan sakinlər muqavilə bağlamaqdan imtina edirlər. Aşkarlanmış qeyri-qanuni xətlər ləgv olunub.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2982, Sabunçu rayonu isə üzrə 545 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 797 min və 175 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2022, 16:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər