reklam
Regionxeberlericom.az » Hadisə » Ukraynada Rusiya vətəndaşı olan “qanuni oğru” saxlanıldı

reklam

Ukraynada Rusiya vətəndaşı olan “qanuni oğru” saxlanıldı


İvano-Frankovsk vilayətində Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısında olan kriminal avtoritet Apakiya Mamuka saxlanılıb. 

Bu barədə Milli Polisin Strateji Araşdırmalar Departamentinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstanda anadan olan 45 yaşlı Rusiya vətəndaşı fərdi evlərdən birində saxlanılıb.

“Cinayət aləminin nümayəndələrinin təxribat fəaliyyətində və Rusiya hərbçiləri ilə əməkdaşlıqda iştirak edə biləcək şəxslərin yerlərinin müəyyənləşdirilməsi zamanı müstəntiqlər Mamuka ləqəbli “qanuni oğru”nun İvano-Frankovsk vilayətində gizləndiyi barədə məlumat alıblar”, - məlumatda vurğulanır.

Qeyd olunur ki, həmin şəxs 2013-cü ildə İstanbulda “qanuni oğru” statusu alıb. Onun “qanuni oğru” Tariel Oniani ilə qohumluq əlaqələri var

Onun məcburi deportasiyası məsələsi həll olunur. 

Xatırladaq ki, bundan əvvəl polis Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısında olan Vitya Pan ləqəbli “qanuni oğru”nu və onun iki ortağını saxlayıb.

Həmçinin bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Antimos” ləqəbli tanınmış “qanuni oğru”nun yaxın çevrəsinə daxil olan “kriminal avtoritet”i Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya siyahısından çıxarıblar.




Paylaş:


Müəllif : Tarix:
12-05-2022, 16:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər