
Masallıdakı dəhşətli qəzanın yeni faktları - VİDEO

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.
regionxeberlericom.az xəbər verir ki, Baku TV-nin əməkdaşları qəza nəticəsində bir evdən üç nəfərin – ata və iki azyaşlı oğlunun öldüyü Rzayevlər ailəsinə baş çəkib.
Əvvəlcə məlum olub ki, bu qəza nəticəsində, əslində, səkkiz deyil, doqquz nəfər ölüb. Belə ki, ailə yaxınlarının verdiyi məlumata görə, hadisə zamanı ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anası intihar edərək həyatına son qoyub.
Rzayevlər ailəsinin yaxınları qəzada birbaşa "99 LH 458” nömrəli "Mercedes” markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Nizami Mustafayevin günahkar olduğunu bildirirlər. Onların sözlərinə görə, qəzanı törədən şəxs hər zaman avtomobili yüksək sürətlə idarə edirmiş. İddiaya görə, hadisə baş verən gün sürücü 270 kilometrlik yolu bir saata qət edib.
Qəza baş verən günü sürücünün həyat yoldaşı, bacısı və bacısının azyaşlı övladı da avtobusda olub. İddia olunur ki, hətta Nizami Mustafayev maşını yüksək sürətlə idarə etdiyi üçün öz həyat yoldaşı avtobusdan düşərək qayınatasının avtobusuna minib.
Ailənin yaxınları sonda müvafiq qurumlara müraciət edərək, bu kimi sürücülərə qarşı ciddi tədbirlər görülməsini istəyiblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-07-2019, 12:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.
Paylaş:
Müəllif :
Yazar
Tarix:12-07-2019, 12:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:01
23-02-2025, 12:52
23-02-2025, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
