reklam
Regionxeberlericom.az » Hadisə » Çirkab suların dənizə axıdılması faktı aşkar edilib - “Alma” istirahət mərkəzində

reklam

Çirkab suların dənizə axıdılması faktı aşkar edilib - “Alma” istirahət mərkəzində


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir. Bu barədə DİA.AZ-a DİN-dən verilən məlumatda deyilir.

Növbəti belə tədbir Sumqayıt şəhəri ərazisində keçirilib. Reyd zamanı “Alma” istirahət mərkəzində çirkab suların dənizə axıdılması faktı aşkar edilib və A.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin kommunal və digər obyektlərin istismar edilməsi) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilmişdir.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
12-07-2019, 12:47
Sikayət   


loading...
Загрузка...