reklam
Regionxeberlericom.az » Hadisə » Yevlaxda təsərrüfata canavarlar hücum edib – 14 qoyun tələf olub

reklam

Yevlaxda təsərrüfata canavarlar hücum edib – 14 qoyun tələf olub

















Yevlaxda rayonunun Qoyunbinəsi kənd sakini Üzeyir Tağıyevə məxsus təsərrüfata yırtıcı canavarlar hücum edib.

Canavarlar ağıldakı 50 başa yaxın heyvanın 14-nü öldürüblər.

35 baş xırdabuynuzlu heyvan isə kəndin müxtəlif istiqamətlərinə qaçıb. Həmin heyvanların hələ də tapılmayıb.

Qoyunbinəsi kənd sakinlərinin bildirdiyinə görə, son bir neçə ay ərzində örüş sahələrində canavar sürülərinə tez-tez rast gəlinir. Yırtıcılar sürü halında yaxınlıqdakı fermalara və orada yaşayan insanlara da hücum edirlər.

Təsərüfatında 50 baş xırdabuynuzlu heyvanı olan kənd sakininin əsas dolanışığı da elə məhz heyvandarlıq idi. Canavarların hücumundan sonra, ona 5-8 min manatlıq ziyan dəyib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və baytarların iştirakı ilə yırtıcıların xəsarət yetirdiyi heyvanlardan nümunələr götürülüb. Ölən heyvanların cəsədləri təlimata uyğun olaraq yandırılaraq basdırılıb.





Paylaş:


Müəllif : Tarix:
17-05-2022, 15:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər