Qusarda gənc oğlan anasının başını niyə kəsib? - TƏFƏRRÜAT
Qusar rayonunda 1995-ci il təvəllüdlü Nail Əhmədov şəxsi münasibətlər zəminində anası Raifəni qətlə yetirib.
Nail Qusar rayonunun Xurel kəndində anası Raifənin yüngül həyat tərzi keçirdiyini ehtimal edib, onu başını bədənindən ayıraraq öldürmək qərarına gəlib.
Mart ayının üçüncü ongünlüyündə ov bıçağı alıb, martın 27-də saat 22 radələrində anası ilə birgə yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağına girib. Otaqda televizora baxan anasına arxadan yaxınlaşıb və ənsə nahiyəsinə bir dəfə bıçaqla zərbə vurub.
Anasının “can Nail” deməsinə baxmayaraq bu cür yalvarış səsinə əhəmiyyət verməyib.
Nail əlindəki bıçaqla Raifənin sağ çiyin və sağ əlinin ovuc nahiyələrinə bıçaqla zərbə endirib. Bundan sonra anasının xalçanın üstünə yıxıb və başını kəsib.
İstintaq orqanı tərəfindən Nailin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs hadisəni törədən zaman anlaqsız olub.
Barəsində ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar icraat aparılan təqsirləndirilən şəxs məhkəmədə ifadə verməkdən imtina edib.
Cinayət işi üzrə Raifənin hüquqi varisi qismində qızı tanınıb. O, məhkəmədə verdiyi ifadəsində göstərib ki, anası və atası 1988-ci ildə ailə həyatı qurub və Qusar rayonunun Xurel kəndində yaşamağa başlayıb: “Bu nikahdan özüm və qardaşım Nail dünyaya gəlmişik. 2010-cu ildə atam Rusiya Federasiyasında tikintidə işləyərkən damdan yıxılması nəticəsində vəfat etdi. Mən 2011-ci ilin dekabrında ərə gedərək Qusar rayonunun Hil kəndinə köçdüm.
Nail əsgərlikdən qayıtdıqdan sonra tez-tez Dağıstan Respublikasına gedib, Kaspiyski şəhərində, son bir ildə isə Qusar rayonu ərazisində müxtəlif tikintilərdə bənna işləyib”.
Hüquqi varisin sözlərinə görə, son dövrdə qardaşında qəribə xüsusiyyətlər yaranıb: “Nail ağlabatan cümlələr qura bilməyib, onda özünə qapanma halları baş verdi. Axırıncı dəfə anam 2020-ci il martın 19-da yaşadığım kəndə gəlməşdi. Nailin qəribə hərəkətlərindən şikayət etdi. Martın 28-də gecə saat 3 radələrində dayım qızının əri zəng etdi, Raifənin səhhətinin pis olduğunu bildirdi.
Xurel kəndinə getdikdə anamın öldürülməsini öyrəndik. Bildirdilər ki, anamı Nail qətlə yetirib. Qətlin səbəbləri haqqında heç bir məlumatım yoxdur”.
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunub. O, istintaqa ifadəsində özünü təqsirli bilib və göstərib ki, 2020-ci il yanvarın əvvəllərindən onda anasının əxlaqsız hərəkətlər etməsi şübhəsi yaranıb:
“2020-ci il martın 20-dən sonra bu səbəbdən anamı öldürmək qərarına gəldim. Qusar rayon polis şöbəsinə müraciət etməklə martın 18-də ov tüfəngini və ovçuluq vəsiqəsini əldə etdim. Martın 19-da Qusar şəhərindəki mərkəzi bazarda olan ovçuluq mağazasından altı patron, Novruz bayramından sonra əlavə 20 patron və 30 santılıq bıçaq aldım. Martın 27-də saat 21 radələrində anamın öz otağında televizora baxdığı vaxt onun arxa tərəfinə keçdim. Əlimdəki bıçaqla ilk öncə boyun nahiyəsinə vurdum. Sonra müxtəlif nahiyələrə 3-4 zərbə endirdim.
Anam huşunu itirərək stuldan xalçanın üzərinə tərəf yıxıldı. Onun ölmədiyini hiss etdim, boyun nahiyəsinin sağ tərəfindən bıçaqla boğazını kəsməyə başladım. Artıq anamın keçindiyini gördüm. Anamın boğazını təmiz kəsdim, sümüyünü qırmaqla başını bədənindən tamamilə ayırdım”.
Nailə Cinayət Məcəlləsinin 120.2.4.-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində sağalanadək ixtisaslaşdırılmış psixatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Nailin haqqında seçilmiş həbs qismində qətimkan tədbiri onun ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsinədək dəyişdirilmədən saxlanılıb.
Qərar icra edilmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatrik Xəstəxanasına göndərilib. //Teleqraf.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2022, 16:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər