reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda qadınla kişini öldürüb maşında yandırdılar: cani 5 il sonra TUTULDU

reklam

Azərbaycanda qadınla kişini öldürüb maşında yandırdılar: cani 5 il sonra TUTULDU


Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əmıkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir xüsusilə ağır-qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.

Hər iki qurumun mətbuat xidmətindən daxil olan birgə məlumatda bildirilir ki, 2017-ci il iyulun 7-i Quba rayonunun Küpçalqışlar kəndi ərazisindəki Qudyalçayın üzərindəki körpünün altında yandırılmış "VAZ 2106" markalı avtomobilin içərisində Xaçmaz rayon sakinləri 1984-cü il təvəllüdlü Rəhman İşıqov və 1998-ci il təvəllüdlü Ülviyyə Məmmədovaya məxsus yanmış meyitlərin aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılıb. Lakin cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra bu il aprelin 25-i iş üzrə dayandırılmış icraat təzələnərək, həyata keçirilən çoxsaylı  istintaq və əməliyyat tədbirləri ilə müəyyən edilib ki,, Xaçmaz rayon sakini 28 yaşlı Osman Ömərovun 2017-ci il iyulun 6-dan 7-ə keçən gecə Ülviyyə Məmmədova və Rəhman İşıqovla yaşadığı kəndin  ərazisində görüşüb aralarında yaranmış mübahisənin gedişində Ülviyyə Məmmədovanı deşici alətlə vurub xəsarət yetirib. Daha sonra sonra Rəhman İşıqovla aralarında baş vermiş mübahisə ilə əlaqədar üzərində gəzdirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib, daha sonra cinayətin izini itirmək üçün yol-nəqliyyat hadisəsi görüntüsü yaratmaq məqsədilə Ülviyyə Məmmədova və Rəhman İşıqovun meyitlərini sonuncuya məxsus avtomobilin içərisində Qudyalçayın üzərindəki körpünün altında yandırıb.

Toplanmış mötəbər sübutlar əsasında Osman Ömərov mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə digər hüquq mühafizə orqanları ilə birgə işlər davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
20-05-2022, 10:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər