reklam
Regionxeberlericom.az » Hadisə » Hərbi hissədən qaçıb "avtoş"luq edən əsgər tutuldu

reklam

Hərbi hissədən qaçıb "avtoş"luq edən əsgər tutuldu


Müdafiə Nazirliyi hərbi hissəni özbaşına tərk edib avtoxuliqanlıq edən əsgərlə bağlı münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, hərbi qulluqçu avtoxuliqanlıq əməllərini özünün sosial şəbəkə hesablarında paylaşıb:

"N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib. Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib. 

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan  qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".




Paylaş:


Müəllif : Tarix:
24-05-2022, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər