reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda məktəbdə BOMBA HƏYACANI

reklam

Azərbaycanda məktəbdə BOMBA HƏYACANI


Ağsuda ruhi xəstə məktəbdə bomba olması ilə bağlı polisə yalan məlumat verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 4-də saat 4.50-də nazirliyin “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb. 

Dərhal rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər keçirib və məlumat təsdiqini tapmayıb.

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Ağsu rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.




Paylaş:


Müəllif : Tarix:
24-05-2022, 14:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər