reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

reklam

Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR


Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun məhkəmə iclası başlayır. regionxeberlericom.az "Report"a istinadla xəbər verir ki, cinayət işinin ibitidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məlum olub ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri cinayət işi başlanıb.

Xatırladaq ki, bu iş üzrə M.Hüseynlinin atası Taleh Allahyarov həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.




Paylaş:


Müəllif : Tarix:
26-05-2022, 09:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər