Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.
Hadisə bu gün səhər saat 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini, 1980-ci il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.
Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri - Faldar kənd sakinləri, 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir. Ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-05-2022, 13:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB