reklam
Regionxeberlericom.az » Hadisə » Narkotik aludəçisini öldürüb yandırdılar - AZƏRBAYCANDA

reklam

Narkotik aludəçisini öldürüb yandırdılar - AZƏRBAYCANDA


Azərbaycanda 2 il əvvəl törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2020-ci il martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması müəyyənləşib.

Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürməsi və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmalarına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil veriliblər.




Paylaş:


Müəllif : Tarix:
31-05-2022, 10:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər