reklam
Regionxeberlericom.az » Hadisə » "Müsavat"çı ailədə dəhşətli faciə: iki qardaş dənizə girdi, biri itkin düşdü - YENİLƏNİB

reklam

"Müsavat"çı ailədə dəhşətli faciə: iki qardaş dənizə girdi, biri itkin düşdü - YENİLƏNİB


Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən çimərlikdə batan qardaşlardan biri Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıcları tərəfindən yerindəcə xilas edilib, lakin 1988-ci təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun meyiti hələ də tapılmayıb.

FHN mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, hazırda 32 yaşlı gənc tapılmasa da, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara davam etdirilir.

**
12:12

Müsavatçı xanımın oğlu itkin düşüb.

Partiya üzvü Laləzar Məmmədlinin oğlu İlham dünən Bakıda dostları ilə dənizə gedib.
"Müsavat”çı Mustafa Hacıbəylinin sosial şəbəkədə yaydığı məlumata görə, dənizdə çıxılmaz vəziyyətə düşən gənclər iki qardaş olubar:

"Bağdan dənizə gediblər, hər ikisi boğulub. Bir qardaşı çıxarıblar, indi xəstəxanadadır. Böyük qardaş İlhamı isə tapmaq mümkün olmayıb. Dalğıclara müraciət edilib. Amma hava küləkli olduğu üçun hələ axtarışa başlamayıblar”.

Mayda 32 yaşı tamam olmuş İlham evlidir, 2 uşağı var.
(qafqazinfo)


Paylaş:


Müəllif : Tarix:
15-07-2019, 12:32
Sikayət   


loading...
Загрузка...