reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda 18 yaşlı oğlanı “tok“ vurub öldürdü

reklam

Azərbaycanda 18 yaşlı oğlanı “tok“ vurub öldürdü















Şirvan şəhər prokurorluğu 18 yaşlı oğlanın faciəli ölümü ilə bağlı məlumat yayıb. 

Qurumdan bildirilib ki, 21 may 2022-ci il tarixdə, saat 07 radələrində Şirvan şəhər sakini 2004-cü il təvəllüdlü Əli Ələkbərovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Araşdırmalarla müəyyən edilmişdir ki, Əli Ələkbərov yağışlı hava şəraitində yaşadığı Şirvan şəhəri, N.Tusi küçəsində hərəkətdə olarkən transformatora yaxın dəmir dayağın söykənəcəyindən tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 12:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər