Bakıda məktəblilər arasında qanlı dava: "Bacısı ilə sevgili idim..." - TƏFƏRRÜAT
Bakının Nizami rayonunda 2005-ci il təvəllüdlü Yaqub şəxsi münasibətlər zəminində Ömərə xəsarət yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Yaqub 3 sentyabr 2021-ci ildə saat 21 radələrində əvvəllər orta məktəb yoldaşı olmuş yetkinlik yaşına çatmayan Ömərə bacısı ilə “İnstaqram” sosial şəbəkəsində yazışması və müxtəlif yerlərdə onun ünvanına “pis oğlan” ifadələri işlətməsi səbəbindən mübahisə edib.
Mübahisə zamanı Yaqub bıçaqla Ömərə 3 dəfə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Yaqubun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azər Paşayevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub bildirib ki, hazırda Nizami rayonunda yerləşən 214 nömrəli orta məktəbin 10-cu sinfində oxuyur: “13 yaşlı bacım da mənimlə eyni məktəbin 8-ci sinfində təhsil alır. Zərərçəkmiş Ömər də Nizami rayonunda yerləşən 62 nömrəli orta məktəbdə 11 -ci sinfinə keçib. Ömərlə yaxın dost olmuşuq”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin mayında bacısı ona Ömərin “İnstaqram” vasitəsi ilə SMS yazaraq ondan xoşu gəldiyini və onu istəmədiyi təqdirdə hamıya əvvəllər sevgilisinin olduğunu deyəcəyini bildirib:
“Mən də Ömərə bacımdan əl çəkməsini və bu hərəkətin ona yaraşmadığını, bizim əvvəllər dost olduğumuzu bildirdim. O, bir də belə şey etməyəcəyinə söz verdi. Bir müddət sonra Ömər mənə bacımın adını xatırlamadığı oğlandan xoşu gəldiyini bildirdi. Ömərə bacım barədə dediklərinin yalan olduğunu bildirdim. Bundan sonra o, haqqımda ortaq dostlarımız və tanışlarımızın yanında qeyrətsiz olduğumu, bacımı cəzalandırmadığımı bildirdi.
Ömərin hər yerdə barəmdə nalayiq ifadələr işlətməsinə baxmayaraq, onunla söhbət etmək istədim. Hər dəfə Ömər söhbəti dəyişdi. Mən də dostluq münasibətlərimi kəsdim”.
Yaqub qeyd edib ki, sentyabrın 3-də, təxminən saat 18.00-da Neftçilər metrostansiyası yaxınlığında gəzərkən Qara adlı dostu ilə görüşüb: “Qara Ömərlə görüşməyə getdiyini bildirdi. Mən də dedim ki, Öməri görmək istəmirəm, ancaq onunla gedib, kənarda gözləyəcəm.
Qara ilə 214 nömrəli orta məktəbin giriş qapısının çölündə "besedka"ya getdik. Ömər, Yüsif və Nihad orada oturmuşdular. Qara Ömərgilin yanına getdi, təxminən 20 dəqiqə söhbət etdilər. Sonra Qaranı 15-20 metr kənara çağırdım, nə barədə söhbət etdiklərini soruşdum. Qara nə barədə söhbət etdiklərini mənə bildirmədi. Buna baxmayaraq, Yusif Ömərin hamıya mənim qeyrətsiz olduğumu dediyini bildirdi.
Bu sözlərdən sonra özümü itirdim. Çünki Ömərin hər yerdə, hamıya mənim və bacımın haqqında işlətdiyi nalayiq ifadələrdən bezmişdim. Məktəbin yanında yerləşən xırdavat mağazasından 2 manata bıçaq alaraq Ömərin yanına qayıtdım. Ondan nəyə görə barəmdə hamıya peysər, qeyrətsiz olduğumu və yaxşı oğlan olmadığımı dediyini soruşdum. Ömər də yaxşı oğlan olmadığımı və hamının məni dediyi kimi tanıdığını bildirdi. Anidən cibimdəki bıçağı çıxardım, Öməri qorxutmaq üçün bıçağı onun bədənin üzərinə atdım.
Sonra özümü itirmiş halda oradan çıxaraq Xəzər Universitetinin arxasındakı yataxananın həyətinə getdim. Sonra təxminən hadisədən 1 saat sonra polis əməkdaşları məni həmin yerdə saxlayaraq 25-ci polis şöbəsinə gətirdilər”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ömərin sözlərinə görə, Yaqubu 6-7 il olar tanıyır və onunla Nizami rayonunda yerləşən 62 saylı orta məktəbdə oxuyub: “Yaqub məndən bir sinif aşağı, bacısı iki sinif aşağı təhsil alıb. Yaqubla çox yaxın dost olmuşuq. Yaqubun bacısı ilə sevgili münasibətim 2020-ci il yay aylarından başlayıb. Yaqubun bir müddət sonra bu barədə xəbəri olub. Ona bacısından xoşumun gəldiyini bildirmişəm, dostluğumuz davam edib”.
Ömərin sözlərinə görə, martın 8-də Yaqubun bacısı ilə münasibətləri pozulub: “2021-ci ilin mayında Tovuz rayonuna getdim. Qayıdandan sonra Yaqubla münasibətim kəsildi. Çünki yanımdan 1-2 dəfə keçəndə mənə salam verməyib. Bundan sonra mən də Yaquba salam vermədim.
Sentyabrın 3-də təxminən saat 21 radələrində Nizami rayonunda yerləşən 214 nömrəli orta məktəbin qarşısında "besedka"da dostlarım Yusif və digərləri ilə görüşdüm. Sonra Qara və başqaları da gəldilər. Təxminən 10-15 dəqiqə sonra Yaqubla Nihad da həmin yerə gəldilər. Yaqub hamı ilə salamlaşdı, yaxındakı "besedka"da tək oturdu. Nihadi Yaqubun yanına göndərdim ki, tək qalmasın. Qaraya dedim ki, Yaqubun arxasınca danışır, bacısı tərbiyəsizdi, amma indi onunla öpüşüb, görüşür. Qara da cavab verdi ki, Yaqub onun dar günündə yanında olub və anasının göz yaşlarını silib, Yaquba yazığı gəldiyi üçün onunla gəzir. Sonra Yaqub oturduğu yeri tərk etdi.
Təxminən 10-15 dəqiqə sonra qayıdaraq Qaranı və digərlərini yanına çağırdı. Təxminən 5 dəqiqə söhbət etdilər. Yaqub yanıma gəldi. Məndən onu kimin pis oğlan kimi tanıdığını soruşdu. Mən də dedim ki, bu barədə məlumatım yoxdur. O mənim sifətimə yumruqla vurdu, mən də onu vurdum. Yaqub əlində olan bıçaqla sol qolumdan 1 dəfə vurdu və sonra bədənimin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirdi.
Həmin vaxt uşaqlar yanımızdan qaçdılar. Vəziyyətim pisləşdiyi üçün başımı stola qoydum. Yaqub isə çıxaraq getdi. Tanışlarım məni xatırlamadığım avtomobilə əyləşdirdilər, 3 saylı şəhər kliniki xəstəxansına apardılar”.
Ömər ifadəsinin sonunda qeyd edib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti yoxdur.
Yaqubun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-06-2022, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər