reklam
Regionxeberlericom.az » Hadisə » "Azərbaycanda qazilər haqqında xüsusi qanun qəbul olunmalıdır" - TƏKLİF

reklam

"Azərbaycanda qazilər haqqında xüsusi qanun qəbul olunmalıdır" - TƏKLİF


“Qazisi intihar edən cəmiyyət çürük cəmiyyətdir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında baş vermiş hadisə, qazilərin problemləri və ondan çıxış yollarını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, sosial siyasət düzgün qurulmadığı üçün bu cür problemlərin olması gözlənilən idi:

“Qazi şəhidliyin bir addımlığından dönəndir. Qazi vətən uğrunda savaşıb, Allah üzünə baxıb, salamat qalandır. Onun içərisində əlili var, bədənində qəlpə gəzirəni var, psixoloji travma alanları var. Onlar sağ qalıb deyə zəlil etməliyik? Azərbaycanda qazilər haqqında xüsusi qanun qəbul olunmalıdır, qazilər günü təsis olunmalıdır. Hər kəs onlar qarşısında ehtiramlı olmalıdır. Onları bir qarın yeməyə, çörəyə möhtac etmək olmaz. Onları bürokratiyanın qabağında get-gəllərə möhtac etmək olmaz. O insanlara xüsusi fondlardan və ya büdcədən vəsait ayrılmalıdır. Vətən uğrunda qazi olanları yaşatmalıyıq ki, sabah mənim oğlum da ürəklə gedib savaşa bilsin. Ailəsi dağılan var, evinə çörək apara bilməyən var, bezib intihar etmək istəyən var.

Qazi qürurla gəzməlidir. Sosial müdafiə ilə bağlı çox ciddi problemlərimiz var. Qazilər yüksək səviyyədə yaşamalıdırlar. Bütün hallarda nə baş verirsə, nə qaziyə, nə də digər vətəndaşa haqq vermir ki, dövlət idarəsinin qapısını təpikləsin, sındırsın. Ancaq dünən baş verənlər bir SOS siqnalı idi. Ölkədə ciddi şəkildə sosial problemlər var, qazi məsələsi onun təzahürüdür. Ölkədə ciddi sosial islahatlara ehtiyac var. Onda qazi ilə davranışın necə olduğunu görərik.

almamalıdır. Onu qarşılamaq lazımdır, onu dinləyib, problemini həll etmək lazımdır. Qazilər idarələri gəzməməlidir, buna qadağa qoyulmalıdır. Qazi evində rahat formada oturub o statusundan bəhrələnməlidir”.




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 16:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər