reklam
Regionxeberlericom.az » Hadisə » Şəhid anası 13 yaşlı övladının ölümündə həkimləri günahlandırır

reklam

Şəhid anası 13 yaşlı övladının ölümündə həkimləri günahlandırır


İyunun 1-də Siyəzəndə vəfat edən şəhid qardaşı, məktəbli Məhəmməd Rəfiyevin ailəsi onun həkim səhlənkarlığının qurbanı olduğunu bildirib.

“Qafqazinfo”ya müraciət edən Vətən Müharibəsi şəhidi Seyfəli Rəfiyevin anası Könül Rəfiyeva kiçik oğlu, 2009-cu il təvəllüdlü Rəfiyev Məhəmməd Musa oğlunun nəfəs borusuna qida getməsi səbəbindən deyil, xəstəxanadakı laqeyd münasibət səbəbindən vəfat etdiyini iddia edib.

O bildirib ki, 13 yaşlı oğlu xəstəxanaya çatdırılarkən sağ olub: “Uşağı özüm Siyəzən Rayon Mərkəzi Xəstəxanasına apardım, sudurğası tutmuşdu. Məlum oldu ki, xəstəxanada hava qurğusu yoxdur, uşağa heç bir kömək göstərmədilər. 2 saat övladıma əziyyət verib ciyərini partlatdılar. Mənim övladım xəstəxanaya canlı gedib, ona sistemlər qoşulub”.

Könül Rəfiyeva əlavə edib ki, övladının ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyitini Bakıya gətirib: “Uşağı özüm Bakıya gətirdim, burada ekspertizaya verdim. Özüm öz əlimlə balamı yardırdım ki, bu işin səbəbi üzə çıxsın, səhlənkarlığa yol verən, balalarımızı öldürən həkimlər cəzalandırılsın. Siyəzəndə dəfələrlə dedim ki, bacarmırsınızsa, Qubaya, yaxud Bakıya aparım, amma axırda balamın ölüsünü verdilər”.

Məsələ ilə bağlı TƏBİB-in mətbuat katibi Zamirə Adilova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yeniyetmə xəstəxanaya boğulma diaqnozu ilə daxil olub: “Siyəzən rayon sakini, vətəndaş Məhəmməd Rəfiyev 06.01.2022-ci il tarixində ailəsi tərəfindən 23:15 radələrində Siyəzən Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vətəndaş xəstəxanaya tənəffüs yollarının asfiksiyası (boğulma) diaqnozu ilə daxil olub və daxil olarkən nəbz, arterial təzyiq, saturasiya müşahidə olunmayıb. İlkin müdaxilə zamanı vətəndaşın yolda keçindiyi məlum olub. Buna baxmayaraq, ailənin təkidi ilə vətəndaşa bütün lazimi tibbi müdaxilələr edilib. Hazırda ölüm səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən araşdırılır”.

Qeyd edək ki, vəfat edən məktəblinin böyük qardaşı, 1997-ci il təvəllüdlü Seyfəli Rəfiyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.




Paylaş:


Müəllif : Tarix:
6-06-2022, 15:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər