Özünü ölmüş kimi göstərən biznesmenin - Fotosu
Ötən il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndi ərazisində avtomobilində yanmış sümüklərinin tapıldığı bildirilən və bir neçə gün əvvəl paytaxtda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin fotosu yayılıb.
regionxeberlericom.az APA TV-yə istinadən ötən həftə Yasamalda tutularaq məsuliyyətə cəlb edilən biznesmenin fotosunu təqdim edir:
Qeyd edək ki, Baş Prokurorluq isə özünü ölmüş kimi göstərən biznesmenlə bağlı məlumat yayıb. Bildirilib ki, Sabirabadın Bulduq kəndi ərazisində yolun kənarında yanmış avtomobildə insan sümükləri qalıqlarının aşkar edilməsi barədə 25.11.2021-ci il tarixində məlumat daxil olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, Sabirabad-Qaragüney yolunda yanmış vəziyyətdə olan avtomobil 1980-ci il təvəllüdlü Rafət Qəniyevə məxsus olub.
Avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün məhkəmə-tibbi kriminalistik və məhkəmə genetik ekspertizası təyin edilib.
Aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, direktoru olduğu “Caspian İnşaat MB” MTK-ya məxsus Bakı şəhərində yerləşən binanın mənzillərinin satışında dələduzluq əməllərinə yol verdiyi üçün cinayət məsuliyyətindən yayınmaq məqsədilə qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edilib.
Sabirabad Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-06-2022, 16:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər