Bakıda sevgilisinə görə özünü yandıran qız öldü
Bakıda sevgilisinə görə özünü yandıran qız vəfat edib.
regionxeberlericom.az "Qafqazinfo"ya istinadən bildirir ki, iyunun 5-nə keçən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin yaxınlığında üzərinə benzin tökərək özünə od vuran 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə vaxtı polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, iyunun 4-də axşam saatlarında Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyevin sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və o, iyunun 5-də məhkəməyə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2022, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər