reklam
Regionxeberlericom.az » Hadisə » Çörək sexini yardılar: 14 minlik ziyan

reklam

Çörək sexini yardılar: 14 minlik ziyan


Şirvanda çörək bişirmə sexindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən və fəaliyyəti dayandırılan çörək bişirmə sexlərinin birindən oğurluq edilməsi və müəssisəyə 13370 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 09:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər