reklam
Regionxeberlericom.az » Hadisə » Yaşıllaşdırma idarəsinin əməkdaşı faciəli şəkildə öldü

reklam

Yaşıllaşdırma idarəsinin əməkdaşı faciəli şəkildə öldü


Yardımlıda 40 yaşlı kişini elektrik cərəyanı vurub.

Bu barədə Yardımlı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin kənarında su nasosunu təmir edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.




Paylaş:


Müəllif : Tarix:
13-06-2022, 09:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər