reklam
Regionxeberlericom.az » Hadisə » Anadangəlmə ürək qüsurlu körpə 14 gün sonra həyata qaytarıldı

reklam

Anadangəlmə ürək qüsurlu körpə 14 gün sonra həyata qaytarıldı


Anadangəlmə ürək qüsurlu və pnevmoniya ilə doğulmuş körpənin həyatı xilas olunub. 

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat paylaşıb. 

O bildirib ki, Mərkəzin Doğum-Ginekologiya şöbəsində 31 may 2022-ci ildə doğulan körpə (oğlan) 14 günlük mübarizədən sonra həyata qaytarılıb: 

“Ananın hamiləlik dövründə ağır koronavirus (COVID-19) infeksiyasına yoluxması, eləcə də körpənin ürəyində VSD (ventikulyar septal defekt) və ağciyərlərində pnevmoniya aşkarlandığından doğuşdan dərhal sonra körpə süni tənəffüs aparatına qoşularaq, xüsusi nəzarətə götürülüb. 

İlk gündən Mərkəzin Yenidoğulmuşların Reanimasiyası şöbəsinə köçürülən və burada süni ventilyasiya aparatında olarkən dəfələrlə vəziyyəti pisləşən, ölümlə üzləşən körpəni həkimlər bütün mümkün tibbi müdaxilələrdən istifadə etməklə həyatda saxlaya biliblər. Təxminən iki həftəlik mübarizədən sonra nəhayət ki, körpə kritik vəziyyətdən çıxarılıb və süni nəfəs aparatından ayrılıb. Aparılan müayinə və müalicələrin nəticəsi olaraq, hazırda körpənin vəziyyəti kafidir. Oksigenə ehtiyacı yoxdur və sərbəst qidalanır”.

Qeyd edək ki, körpə ailənin üçüncü övladıdır. Ailədə ikinci doğulan körpədə də anadangəlmə ürək qüsuru olub və 14 gündən sonra dünyasını dəyişib. Eyni aqibətlə bu dəfə də üzləşmələrinə baxmayaraq, tibb elmi və həkimlər buna imkan verməyiblər.




Paylaş:


Müəllif : Tarix:
16-06-2022, 11:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər