reklam
Regionxeberlericom.az » Hadisə » Baldızı və iki uşağını öldürən keçmiş direktor hakim qarşısına çıxarılır

reklam

Baldızı və iki uşağını öldürən keçmiş direktor hakim qarşısına çıxarılır


Bakıda həyat yoldaşının bacısını və iki uşağını öldürməkdə təqsirləndirilən şəxslə bağlı istintaq yekunlaşıb.

Nizami rayon prokurorluğundan bildirilib ki, bu il fevralın 20-də kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının qəsdən öldürülməsi faktı üzrə cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla, zərərçəkmişlərin qohumu 1981-ci il il təvəllüdlü Əhəd Əliyev tərəfindən bıçaqla Gülnar Qaraxanova və iki azyaşlı övladına xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onun 2007-2014-cü illərdə  Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışdığı bildirilir.




Paylaş:


Müəllif : Tarix:
17-06-2022, 12:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər