Başını polis bölməsinə çırpan şəxs 200 manat cərimə edildi
Bir neçə gün əvvəl Sumqayıt şəhərində ictimai asayişi pozduğu üçün saxlanılan şəxs özünə xəsarət yetirib.
Gecə saat 02 radələrində yaşadığı ərazidə səs-küy yaradan 1992-ci il təvəllüdlü Rəşad Məmmədli (ad şərtidir) saxlanılaraq ərazi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilib. Sərxoş halda olan şəxs burada daha da aqressivləşib və başını zərbə ilə bölmə binasına çırparaq özünə xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə çıxış edən Rəşad əməlinə görə peşman olduğunu deyib: “Gecə saat 02 radələrində səs-küy salıb ictimai asayışı pozduğum üçün PPXT-nin əməkdaşları tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-yə gətirildim. Yüksək dozalı spirtli içki qəbul etdiyim üçün özümdə deyildim və polis bölməsin iş rejimini pozaraq əməkdaşların qanuni tələblərinə tabe olmadım. Spirtli içkinin təsirində olduğum üçün daha da aqressivləşdim və başımı polis bölməsinin inzibati binasında divara vuraraq özümə xəsarət yetirdim. Bütün bu hadisələr içkili olduğum üçün baş verib və əməlimdən peşmanam. İçki içəndə özümdən asılı olmayaraq aqressiv oluram və özümə xəsarət yetirirəm. Barəmdə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm”.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Rəşad Məmmədliyə 200 manat cərimə cəzası tətbiq edilb və o, məhkəmə zalından sərbəst buraxılıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2022, 17:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər