Polkovnik Bahadir Qocayev HÖKM OXUNDU - 5 il 6 ay CƏZA
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Regionxeberleri.com "Report"a istinadla xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib. Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2022, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər