Qadını avtobusdan yıxan sürücü saxlanılmayıb - RƏSMİ
“Sumqayıtda qadına təpik vurub avtobusdan atan sürücünün saxlanılması barədə yayılan xəbərlər yalandır”.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırma aparılır:
“Davada yıxılan qadınla bağlı ekspertiza təyin edilib. Ekspertiza zamanı onun hansı xəsarət alması bəlli olacaq. Sosial şəbəkə və xəbər portallarında həmin sürücünün saxlanılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Hazırda araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıtda 12 saylı marşrut avtobusunun sürücüsü Aqil Kosayevlə qadın sərnişin Sənubər Baxşəliyev arasında dava olub. Dava zamanı tərəflər bir-birini söyüblər. Sonra qadın əlindəki çantanı sürücünün başına çırpıb. Bundan qəzəblənən sürücü isə təpiklə onu avtobusun qapısından bayıra atıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-06-2022, 13:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər