Tanınmış idmançı Zaur Yusifovun qətli ilə bağlı istintaq BAŞA ÇATIB
Tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.
Zaur Yusifovu qətlinin qisas məqsədilə törədildiyi ististna edilmir. Çünki onun qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-07-2022, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər