reklam
Regionxeberlericom.az » Hadisə » Qarabağa göndərilən muzdlu dərhal məhv ediləcək - Başqa yolu YOXDUR!

reklam

Qarabağa göndərilən muzdlu dərhal məhv ediləcək - Başqa yolu YOXDUR!


Azərbaycan Ordusu Ermənistandan Qarabağa göndərilən istənilən silahlı şəxsi zərərsizləşdirmək hüququna malikdir.

Bu sözləri Axar.az-a Ermənistanın son zamanlar Qarabağda gərginliyi artırmaq məqsədi güdən qərarları haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, artıq ölkəmizin güc strukturları öz fəaliyyətini daha da aktivləşdirilməlidir:

“Baş Prokurorluğun Aralık Arutyunyanın tezliklə həbs olunacağı haqqında bəyanatını eşitmişdik. Ancaq görünən odur ki, bu kimi fəaliyyətlərdə müəyyən ləngimələr var. Düşünürəm ki, Ermənistandan Qarabağa silahlandırılaraq göndərilən terrorçuların bir neçəsi Ordumuz tərəfindən məhv edilərsə, o zaman ümumiyyətlə, erməni ictimaiyyətində ölkəmizin ərazisinə terrorçu göndərmə meyilləri tamamilə yox olacaq.

Ordumuz, hüquq-mühafizə orqanlarımız əllərində olan bütün güc, imkan və vasitələrdən istifadə etmək yolu ilə bu həyasızlığın, cinayətin qarşısını almalı və ərazimizə pis niyyətlə daxil olmaq istəyən istənilən erməni terrorçu məhv edilməlidir”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Qarabağa “müqaviləli hərbçilər”in göndəriləcəyi haqda açıqlama yayıb.




Paylaş:


Müəllif : Tarix:
1-07-2022, 09:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər