Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
Azərbaycanın dövlət sərhədini pozan 4 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 1-də saat 17:45-də “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qaradağlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində xidmət aparan sərhəd naryadı dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edib. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilən kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ərazidə gizlənən 1 nəfər İran vətəndaşı, 51 yaşlı Siyavuş Pərvin İsrafil oğlu saxlanılıb.
İyulun 1-də saat 9:45-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu, Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmasını sərhəd naryadı müşahidə edib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin İran vətəndaşı 37 yaşlı Mahmud Cavid Muhammədəli oğlu olması müəyyənləşdirilib.
İyulun 1-də saat 22:25-də “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən İraq vətəndaşı 26 yaşlı Alkateenat Mustafa Hussein Fadhil sərhəd pozucusu qismində saxlanılıb.
İyulun 1-də saat 10:30-da “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən 1 nəfər naməlum şəxs saxlanılıb. Onun Azərbaycan vətəndaşı, Göyçay rayon sakini 31 yaşlı Həsənov Kamil Famil oğlu olması müəyyənləşdirilıb. Araşdırma zamanı onun iyunun 23-də rəsmi qaydada Gürcüstana getdiyi müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2022, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər